Mosuolar (çin. ənən. 摩梭, pinyin: Mósuō) — çox vaxt özlərini Na kimi də təqdim edirlər, Çinin Yunnan və Siçuan əyalətlərinin Tibet sərhədi yaxınlıqlarında yaşayan kiçik bir etnik qrupdur. Təqribən 40.000 nəfər əhalisi olab bu qrup Yongning bölgəsi və Lugu gölü ətrafında məskunlaşmışlar. Mosuoların tamamilə fərqli mədəniyyəti olmasına baxmayaraq, Çin hökuməti onları Naxilərlə eyni azlıq qrupa daxil etmişdir.[1]